AZ

Yeni Günəşlidə dəhşətli hadisə: Tikinti şirkəti gecə saat 3-də qazinin əmlakını dağıtdı

Bir il öncə Suraxanı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Əziz Əzizov tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçısı Sərxan Bünyadova verilən qaraj tikinti şirkəti tərəfindən sökülüb.

Bununla bağlı İkinci Qarabağ müharibəsi iştirakçısı Sərxan Bünyadov Publika.az-a açıqlama verib.

O qeyd edib ki, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi “V” massivində dövlət tərəfindən verilən və Dövlət Məşğulluq Agentliyi tərəfindən avadanlıqla təchiz edilmiş qarajı “Məkan” MTK adlı bir şirkət qanunsuz söküb:

“1 il 2 aydır ki, həmin ərazidə işləyirəm. İcra başçısı tərəfindən mənə verilən yer üçün bankdan kredit götürmüşəm. Həmin yerdə mənim qarajımla yanaşı, daha 9 qaraj var. Dekabrın 4-də əvvəllər adı “Məkan” MTK indi isə “FİN” MTK olan tikinti şirkətinin şəriklərindən olan Rizvan bəy mənə yaxınlaşıb, qarajdan çıxmağım üçün 10 min manat təklif etdi.

Bu təklifi qəbul etmədim, cavab olaraq mənə dedi ki, sənin yolunu bağlayacağıq, buna görə də məndən incimə. Növbəti gün heç bir sənəd təqdim etmədən gecə saat 3-də qarajımı söküb, avadanlıqlarımı yararsız hala gətiriblər. Söküntü zamanı nə məhkəmə qərarı, nə də polis iştirakı olub. Bununla bağlı Daxili İşlər Nazirliyi və Rayon İcra Hakimiyyətinə məlumat vermişəm. Hazırda məsələ araşdırılır”.

Seçilən
6
2
publika.az

3Mənbələr