Bugün Azərbaycan xalqı müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. Heydər Əliyev müstəqil Azərbaycanın formalaşmasında, dövlətimizin möhkəmlənməsində və xalqımızın rifahının yüksəlməsində misilsiz xidmətlər göstərmişdir. Onun uzaqgörən siyasəti, dərin zəkası və vətənə bağlılığı Azərbaycanın bugünkü inkişaf yolunu müəyyən etmişdir.
Heydər Əliyevin ideyaları yalnız Azərbaycanın deyil, bütün türk dünyasının ortaq sərvətidir. O, xalqımızın mədəniyyətini, milli dəyərlərini qorumağı və yeni nəsillərə ötürməyi hər zaman prioritet hesab edirdi. Bu gün onun zəngin irsi bizə yol göstərir və müstəqilliyimizin ən möhkəm dayağıdır.
Metropol restoranı olaraq, biz də bu xüsusi günü unutmur və Heydər Əliyevin əziz xatirəsini hörmətlə yad edirik. Onun görkəmli dövlətçilik fəaliyyətindən ilham alaraq, ölkəmizdə birlik, inkişaf və mədəniyyətin qorunmasına töhfə verməkdən qürur duyuruq.
Hər dəfə daha çox əmin oluruq ki, illər keçməsinə baxmayaraq, Ulu öndər Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayır və yaşayacaq. Elə Ulu öndərin məzarını ziyarətə getdiyimiz zaman bunun bir daha şahidi olduq. Heydər Əliyevin məzarını ziyarətə gələnlər Onu yalnız xoş xatirələrlə yad edirdilər.
Müsahibimiz Nüsrəddin Ağayev bildirib ki, Heydər Əliyev haqqında saatlarla danışmaq olar: “Hətta kitab yazmaq olar. Müasir Azərbaycan onun adı ilə bağlıdır. Müəssisələr, hərbi zavodlar, hərbi məktəblər. Biz ona hər şeyə görə minnətdarıq. Heydər Əliyev Azərbaycanın qəhrəmanıdır. Heydər Əliyev ümummilli liderimizdir. Azərbaycan üçün çox böyük işlər görüb. Hər birimizin borcudur ki, onu bu gün ziyafət edək”.
Hətta ziyarətə gələnlər arasında xarici vətəndaşlarda az deyildi.
Onlardan biri olan Türkiyə vətəndaşı Korhan Oran qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur: “Bir dövlət iki millət şüarının yaradıcısıdır. Azərbaycanın inkişafı onun adı ilə bağlıdır. Bizdə onu hörmətlə yad edirik. Allah rəhmət eləsin”.
Ziyarətə gələn daha bir sakin Əbəlfəz Hüseynov Heydər Əliyevin Azərbaycanın dahi şəxsiyyəti olduğunu vurğulayıb: “Bizim də borcumuzdur onu həmişə ziyarət edək. Azərbaycan da ondan əziz, ondan böyük şəxsiyyət olmayıb. Onun etdiyi işlər barədə danışmağa mənə elə gəlir ki, ehtiyac yoxdur. Göz qabağındadır. Allah ona rəhmət eləsin. Allah onun yolunu davam etdirən Cənab prezident İlham Əliyevə can sağlığı versin. Atasının vəsiyyətini yerinə yetirib, torpaqlarımızı qaytardı”.
Ziyarətçi Fuad Süleymanov bildirib ki, Heydər Əliyev haqqında biz saatlarla xoş sözlər deyə bilərik: “Bütün Azərbaycançılıq ona məxsusdur. Onu yad etmək hər bir vətəndaşımızın borcudur. Heydər Əliyev söz verdi ki, torpaqlarımız azad olacaq. Onun bu sözünü Cənab prezident İlham Əliyev uğurla yerinə yetirdi. Allah ona can sağlığı versin”.
Bakı sakini Fərhad Əlövsətov Heydər Əliyevi həmişə müasir Azərbaycanın qurucusu adlandırdığını bildirib: “Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur. Bu gün onun ideyaları Azərbaycanda yaşayır və əbədi yaşayacaq. Çünki Azərbaycanın ən çətin dövründə o xalqın yanında olub. Bu gün hər bir Azərbaycanlı şükranlıqla onu xatırlayır. Allah rəhmət eləsin”.
Ziyarətçilər arasında olan İnkişafa və islahata dəstək ictimai birliyinin sədri Ramil Əliyev qeyd edib ki, Ulu öndər 2003-cü ildə dünyasını dəyişəndə o universitetdə təhsil alırmış: “Çox kədərli günlər idi. Hal-hazırda da ulu öndərin yoxluğu bizi çox sarsıdır. Amma onun ruhu bizlərlədir. Biz bu gün çox şadıq ki, Qarabağ azad olunub. Çünki onun ən böyük arzularından biri idi. Ulu öndər həmişə çıxışlarında bildirirdi ki, biz o torpaqlara qayıdacağıq. Bu zəfəri bizə yaşadan Cənab prezident İlham Əliyevə təşəkkür edirik”.
Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü ilin 10 mayında Naxçıvanda dünyaya göz açıb. 2003-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirak etmək qərarını səhhətində yaranan problemlər səbəbilə geri götürən Heydər Əliyev, uzun müddət ABŞ-də müalicə alıb. Təəssüf ki, o, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. Ümummilli Liderin məzarı Fəxri Xiyabanda yerləşir.
Allah rəhmət eləsin!
Müəllif: Seyranə Quliyeva