AZ

Rövşən Rüstəmov: Dəmiryolu infrastrukturunda məsafə başına ödənişlər həyata keçirilir

Bakı, 12 dekabr, AZƏRTAC

Noyabrın 1-dən dinamik siyasət tərifinə keçilib. Sərnişinlərimizin 50 faizi biletlərini səfərinə 3-10 gün qalmış, 20 faizi isə son 3 gün qalmış əldə ediblər. Demək olar ki, 70 faiz sərnişin səfərlərini son 10 gündə planlaşdırıb. Yaxşı olardı ki, sərnişinlərimiz səfərlərini daha əvvəldən planlaşdıraraq bizim 15 faizlik endirimdən faydalansınlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov söyləyib.

Sərnişindaşıma ilə bağlı yeniliklərdən danışan R. Rüstəmov qeyd edib ki, dəmiryolu infrastrukturunda artıq məsafə başına ödənişlər həyata keçirilir: “Belə ki, SİMA ödəniş sistemi bir neçə dəmiryolu stansiyasında test mərhələsindədir. Bu da o deməkdir ki, yaxın günlərdə sərnişinlər heç bir təmas olmadan platformalarda SİMA tanıma sistemi istifadə edə biləcəklər”.

 

phrase_var_article.chosen
16
1
azertag.az

2phrase_var_article.sources