Yaşar Gülər DSX rəisi Elçin Quliyevi qəbul edib
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevi qəbul edib. 1news.az xəbər verir ki, bu barədə Türkiyə MN-in "X" hesabında paylaşım edilib. Qeyd edilib ki, Yaşar Gülər nazirliyə gələn general-polkovnik Elçin Quliyevi qarşılayaraq qardaş ölkənin komandanı ilə görüş keçirib.