AZ

Suriyada “Türkiyə modeli” tətbiq edilir

Türkiyənin Suriyada təhlükəsiz zonada tətbiq etdiyi idarəetmə modeli artıq bütün ölkə ərazisində tətbiq olunacaq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” saytı məlumat yayıb.

Sayt Ədalət və İnkişaf Partiyası (AK Parti) rəsmilərinin fikrinə əsaslanaraq qeyd edib ki, keçid hökumətindən sonra ölkədə Türkiyə modelinə uyğun sistem qurulacaq:

“Hökumət mənbələri və AKP rəhbərliyi Suriyanın yeni dövründə əsas sütunun Türkiyənin dəstəklədiyi milli güclər olacağına diqqət çəkib. Partiya mənbələri qeyd edib ki, Suriyanın şimalında yaradılan təhlükəsiz bölgənin idarə olunması ilə bağlı Türkiyə həm hərbi, həm də inzibati baxımdan təlimlər verdi. 5 milyon insanın yaşadığı bir bölgə Türkiyənin təşəbbüsü ilə idarə edilə bilən vəziyyətə gətirildi. Bələdiyyə xidmətlərindən tutmuş ordusuna, polisinə, təhsil müəssisələrinə və digər ictimai xidmətlərə qədər, bir model yaradıldı. İndi həmin model bütün Suriyada tətbiq olunacaq. Təcrübə formalaşıb. Türkiyənin yaratdığı təhlükəsiz bölgənin keçici baş naziri Abdurrəhman Mustafa da “Türkiyə modelini Dəməşqdə tətbiq edəcəyik. Türkiyədəki kimi seçkilərə gedəcəyik və kim qalib gələrsə, onunla davam edəcəyik” demişdi. Hazırda keçid hökumətinin bir şurası var. Bu, əhatəli bir quruluşdur. Bu quruluşun idarə etdiyi bir dövlət strukturu mövcuddur. Bir növ Türkiyə təşkilatı oradakılara ötürdü”,- sayt qeyd edib.

Seçilən
4
3
axar.az

4Mənbələr