Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksi növbət ilin avqust ayına qədər istifadəyə veriləcək.
Modern.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə məlumat verib.
"Bərdə-Ağdam layihəsində yol artıq tamamlanıb. Hazırda Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksinin tikintisi həyata keçirilir. Növbəti ilin avqust ayına qədər kompleksin tamamlanması gözlənilir", - sədr vurğulayıb.