İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 30 nəfər artaraq 44 min 835-ə çatıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi 3 qırğında 30 nəfərin həyatını itirdiyi, 99 nəfərin isə yaralandığı bildirilib.
Yaralıların sayı 106 min 356-ya yüksəlib.
Açıqlamada həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.