AZ

Benzin və dizellə bağlı MÜHÜM XƏBƏR

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3 milyard 120,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

“Yeni Sabah”ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 % çoxdur.

Ötən dövr ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,8 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53 milyard 867,7 milyon manatlıq, o cümlədən 29 milyard 534,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24 milyard 332,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 %, qeyri-ərzaq malları üzrə 6,1 % artıb.


Telegram kanalımız
Seçilən
2
17
yenisabah.az

10Mənbələr