AZ

İlon Maskın sərvəti 370 milyard dolları keçib

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın səhmləri bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.

Fins.az xəbər verir ki, Tesla-nın səhmlərinin qiyməti 4 faizdən çox artaraq 419,8 dollara çatıb. Bu qiymət, şirkətin əvvəlki rekordunu 3 noyabr 2021-ci ildə qeydə alınan 414,5 dollardan üstələyib. Səhmlərinin qiymətinin artması ilə Tesla-nın bazar dəyəri 1,3 trilyon dollara çatıb.

Dünyanın ən varlı adamı olan Tesla-nın Baş Direktoru (CEO) İlon Maskın sərvəti, ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın seçilməsindən sonra 370 milyard dolları keçib. Trampın qalib gəlməsindən sonra Tesla-nın səhmləri 66%-dən çox dəyər qazanıb.

Yeni prezidentin Musk və sahibkar Vivek Ramaswamy-ni Hökumətin Səmərəliliyi Departamentinə təyin etməsi, Tesla-nın səhmlərinin istiqamətinə müsbət təsir edib.

phrase_var_article.chosen
9
fins.az

1phrase_var_article.sources