Amerika nəşri “Politico” 2024-cü ildə Avropanın ən güclü adamlarının siyahısını tərtib edib.
İnterpress.az xəbər verir ki, “Politico” Rusiya prezideti Vladimir Putini 2024-cü ildə Avropanın ən güclü adamları siyahısına daxil edib. Ümumilikdə siyahıda 28 nəfər var
Nəşr reytinqi üç kateqoriyaya bölüb – “yaradanlar”, “xəyalpərəstlər” və “dağıdanlar”.
“Politico” “Dəyişkən külək” ləqəbi ilə tanınan İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni Avropanın ən nüfuzlu adamı adlandırıb. Siyahıya Viktor Orban, Donald Tusk, Kaja Kallas və Papa Fransisk də daxil olub.
Xuraman Etibarlı
İnterpress.az