Bolqarıstan və Rumıniya Şengen zonasına daxil olub.
Ölkə.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bildirilib ki, AB-yə üzv ölkələr 2025-ci il yanvarın 1-dən etibarən bu iki ölkə ilə daxili quru sərhədlərində yoxlamaları ləğv edəcəklər.
Qeyd edək ki, Rumıniya və Bolqarıstan 2011-ci ildən Şengen zonasına daxil olmaqla bağlı danışıqlar aparırdı.