Bakı. Trend:
2024-cü ilin noyabr ayında Türkiyənin Adnan Menderes HavaLimanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü iləmüqayisədə 9 faiz artaraq, 10 milyon 687 min 378 nəfər olub.
Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin noyabr ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilinanaloji dövrü ilə müqayisədə 4 faiz artaraq, 6 milyon 150 min 723nəfər, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 4 milyon 536 min655 nəfər təşkil edib.
2024-cü ilin noyabr ayında hava limanının yük daşınması 2023-cüilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 150 min 641 tontəşkil edib. Bununla yanaşı, 2024-cü ilin noyabr ayında havalimanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrüilə müqayisədə 12 faiz artaraq, 78 min 164 ton, beynəlxalq reyslərüzrə yük daşınması isə eyni dövrlə müqayisədə 9 faiz artaraq, 72min 476 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin noyabr ayındahəyata keçirilən uçuşların sayı 2023-cü ilin noyabr ayı iləmüqayisədə 7 faiz artaraq, 72 min 550 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq, 41 min297, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 31 min 253olub.
Bu ilin noyabr ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 214 milyon 432 min 282 nəfər, yük daşınması isə4 milyon 560 min 816 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə2 milyon 417 min 502 ton təşkil edib.