AZ

CƏNUBİ KOREYA LİDERİ XALQA MÜRACİƏTİNDƏ SONADƏK MÜBARİZƏ APARACAĞINI BƏYAN ETDİ

 “Sona qədər mübarizə aparacağam” Cənubi Koreya prezidenti qiyam ittihamlarını rədd edib.

TEZADLAR.AZ Yonhap-a istinadən xəbər verir ki, Cənubi Koreya prezidenti Yun Sok Yol dekabrın 12-də televiziya etdiyi yeni çıxışında hərbi vəziyyətin tətbiqi qərarını müdafiə edib və üsyan ittihamlarını rədd edib.

Onun sözlərinə görə, hərbi vəziyyət dövründə Milli Assambleyaya (parlamentə) qoşun yeritmək üsyana bərabər ola bilməz.

Yun, hökumətiin işini iflic edən müxalifətə qarşı "milləti qorumaq və dövlət işlərini normallaşdırmaq üçün" hərbi vəziyyət elan etmək üçün prezident səlahiyyətlərindən istifadə etdiyini və bunu "dərin yoxlanılmış siyasi qərar" adlandırdığını söyləyib.

O, həmçinin istefaya çağırışları rədd edib və müxalifəti impiçment səylərindən sui-istifadə etməkdə və büdcəni azaltmaqda ittiham edib.

“Mənə qarşı impiçment və ya təhqiqat olub-olmamasından asılı olmayaraq, buna qarşı vicdanla duruş gətirəcəm”.

"Əsas müxalifət partiyasının üstünlük təşkil etdiyi Milli Assambleya, azad demokratiyanın konstitusiya quruluşunu məhv edən monstra çevrilib", -Yun deyib.

“Mən sizinlə birlikdə sona qədər mübarizə aparacağam”, - deyə Cənubi Koreya lideri əlavə edib və hərbi vəziyyətə görə yaranmış narahatlığa görə xalqdan bir daha üzr istəyib.

Xatırladaq ki, bir həftə öncə Cənubi Koreyanın altı müxalifət partiyası prezident Yon Sok Yola ölkədə hərbi vəziyyət elan etdikdən sonra onun impiçmenti üçün Milli Assambleyaya (parlamentə) təklif təqdim etmişdi.

 Müxalifət, həmçinin ölkənin müdafiə naziri Kim Yon Hyunun impiçmentinə başlamaq niyyətində idi, lakin o, istefa verdi. O, ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı bütün hadisələrə görə məsuliyyət daşıdığını bəyan edib. Yonhap-ın məlumatına görə, prezidentə ölkədə hərbi vəziyyət elan etməyi təklif edən də məhz Kim Yon Hyun olub.

 

JASMİN

phrase_var_article.chosen
25
13
tezadlar.az

10phrase_var_article.sources