AZ

İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin xatirəsini yad edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İqtisadiyyat Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"Müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi həmişə böyük ehtiram, minnətdarlıq və sevgi ilə yad olunur. Həyatını xalqına, dövlətinə, onun inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə həsr edən dahi şəxsiyyət daim böyük hörmət və rəğbətlə xatırlanacaq. Onun yüksək vətənpərvərliyi, mütərəqqi ideyaları, müdrik siyasəti, zəngin idarəetmə təcrübəsi hər birimiz üçün örnək olaraq qalacaq",- məlumatda qeyd edilib.
Seçilən
11
20
oxu.az

10Mənbələr