AZ

Azərbaycanda qiymətlər son bir ildə 4% artıb: Ən çox bahalaşan mal və xidmətlər – SİYAHI, QRAFİK

Azərbaycanda qiymətlər son bir ildə 4% artıb: Ən çox bahalaşan mal və xidmətlər – SİYAHI, QRAFİK         

Dövlət Statistika Komitəsi 2024-cü ilin 11 ayı üzrə inflyasiya göstəricilərini açıqlayıb.

FED.az komitəyə istinadən xəbər verir ki, son bir ildə ölkədə qiymətlər 4,4% artıb. 2024-cü ilin noyabr ayında qiymətlər 2023-cü ilin noyabr ayına nisbətən 4,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 4,4 faiz, qeyri-qida məhsulları üzrə 2,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,0 faiz artıb.

Təkcə 2024-cü ilin noyabr ayında qiymətlər əvvəlki ayla müqayisəə 0,7 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz artıb.

Bu ilin noyabr ayında qida məhsulları, içkilər və tütün məmulatları əvvəlki aya nisbətən 1,4 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,0 faiz bahalaşıb.

Bu ilin noyabrında (yəni bir ayda) oktyabrla müqayisədə qida məhsullarından daha çox bahalaşma

uzun düyünün, yulaf yarmasının, mal ətinin, balıq konservlərinin, qatığın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın qiymətində baş verib.

Noyabrda ucuzlaşma isə

təzə balığın, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişiklik olmayıb.

2024-cü ilin noyabr ayında qeyri-qida malları üzrə qiymətlər əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,5 faiz artıb.

Noyabr ayında qeyri-qida malları arasında ən çox bahalaşma 

geyimlərin, inşaat materiallarının, mebellərin, zərgərlik məmulatlarının qiymətində baş verib. 

Ötən ay ucuzlaşma isə mobil telefon, noutbuk və məişət cihazlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.

2024-cü ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlərin qiyməti əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artıb.

Noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlərdə ən çox bahalaşma

tibbi laboratoriya xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, təyyarə ilə (MDB xaric_ ölkələrə uçuşların qiymətində baş verib.

Noyabrda ən çox ucuzlaşan qiymətlər isə təyyarə ilə MDB ölkələrinə uçuşlar olub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik olmayıb.

AzərbaycandaAzərbaycandaAzərbaycandaAzərbaycanda
Seçilən
3
49
fed.az

10Mənbələr