“Əgər çoxlu qüvvəmiz, texnikamız, tərəfdaşlarımızdan istədiklərimiz olsaydı, cəbhədə daha çox təzyiq göstərə bilərdik. Əgər bizdə belə qüvvələr çatmırsa, o zaman bəzi məsələləri diplomatik yolla həll etmək olar. Bu da düzgün addımdır”.
Medianews.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski CBN-yə müsahibəsində deyib.
Eyni zamanda o vurğulayıb ki, Ukrayna işğal edilən əraziləri qanuni olaraq Rusiya ərazisi kimi tanımayacaq.
“Əvvəllər orada çoxlu insan yaşayırdı. Evlərini itirdilər, kimsə canını verdi, çox adam əsir düşdü, on minlərlə uşaq sürgün edildi. Çox şeyi məhv etdilər. Onda hər şeyi bağışlayın?”, – Ukrayna prezidenti əlavə edib.
Onun sözlərinə görə, əgər Ukrayna qanuni olaraq müvəqqəti işğal edilən əraziləri Rusiya kimi tanıyırsa, deməli, “biz onları (rusları – red.) bağışlamışıq, bu o deməkdir ki, dünya sakitləşib və onlara imkan verib. Ona görə də bu, hüquqi baxımdan mümkün deyil. Ancaq diplomatik olaraq – məqsədlərinizə çatmaq lazımdır”, – deyə Zelenski bildirib.(Olke.az)