Suriyaya bir sıra kütləvi zərbələr zamanı İsrail Ordusu strateji yer-hava raketlərinin ehtiyatının 90%-dən çoxunu məhv edib.
Qaziler.az xəbər verir ki, bu barədə iddianı SAXAL-ın mətbuat xidməti məlumat yayıb.
“Suriyanın hava hücumundan müdafiə şəbəkəsi Yaxın Şərqdə ən güclü şəbəkələrdən biridir və vurulan zərər İsrail Hərbi Hava Qüvvələrinin bölgədəki üstünlüyü üçün mühüm nailiyyətdir”, - bəyanatda qeyd edilib.
İsrail ordusu həmçinin Suriyada bütün qırıcı təyyarələrin uçuş obyektlərini və hərbi infrastrukturu məhv edib.
QAZİLER.AZ