AZ

İran nüvə obyektlərində yoxlamalara icazə verməyəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərb ölkələrinin tətbiq etdiyi anti-İran sanksiyaları davam etdiyi bir vaxtda İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən öz nüvə obyektlərində yoxlamaların sayının və intensivliyinin artırılmasına icazə verməyəcək.
Oxu.Az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkəsində bildirib.
"İran zəmanətlər üzrə öhdəliklərinə sadiq qalır. Nə qədər ki, sərt sanksiyalar mövcuddur, o, bu öhdəliklərdən kənara çıxan monitorinqin artırılmasına imkan verməyəcək", - Qəribabadi yazıb.
Seçilən
0
50
oxu.az

10Mənbələr