AZ

Avazı yaxşı gəlir: “Qarabağ”ı udmaq şansımız yüksəkdir”

"Elfsborq"un baş məşqçisi Oskar Hilyemark Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda "Qarabağ"a qarşı keçirəcəkləri ev oyunu haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, o, matçın çətin keçəcəyini, lakin Ağdam təmsilçisinə qalib gəlmək gücündə olduqlarını söyləyib:

"Qarabağ" güclü komandadır. Onların heyətində topla fərdi şəkildə yaxşı davranan futbolçular var.

Düşünürəm ki. bu komanda yaxşı oyunçulardan təşkil olunub. Lakin "Qarabağ"ın müdafiə xəttində zəif tərəflər var.

Şanslarımızı yüksək qiymətləndirirəm. 2024-cü ildə son görüşümüzə çıxacağıq.

"Qarabağ"la matçı səbirsizliklə gözləyirik. Ümid edirik ki, bu oyun bizim üçün uğurlu olacaq".

"Elfsborq" - "Qarabağ" oyunu bu gecə saat 00:00-da başlayacaq.

Seçilən
28
sportinfo.az

1Mənbələr