AZ

Tbilisidə etirazların 15-ci günü –BU AXŞAM AKSİYAYA AVROPALI DEPUTATLAR DA QOŞULUB

Gürcüstanın paytaxtı Tbilisidə etirazlar 15-ci gündür davam edir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etiraz edən vətəndaşlar yenidən Rustaveli prospektinə toplaşırlar.

 

Gürcüstanlılar hökümətin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqları dondurmaqla bağlı qərarına etiraz edirlər.

 

Bu gün etiraz əlaməti olaraq parlamentin qarşısına toplaşan mitinq iştirakçılarına incəsənət və informasiya texnologiyaları sahəsinin nümayəndələri də qoşulublar.

 

Etirazçılara həm də Avropa Parlamentinin deputatları dəstək verirlər. Nümayəndə heyətinə Litva, Polşa, Fransa, Almaniya və Hollandiyanın nümayəndələri daxildir. Bundan əvvəl onlar Prezident Salome Zurabişvili, müxalifət və QHT nümayəndələri ilə görüşüblər.


Onların Rustaveli prospektində toplaşan insanlara müraciət edəcəyi gözlənilir.



Seçilən
23
senzor.az

1Mənbələr