“Qarabağ” bu gün Avropa Liqasında növbəti sınağına çıxıb.
Rekord.az xəbər verir ki, Ağdam klubu Liqa mərhələsinin 6-cı turu çərçivəsində “Elfsborq”la qarşılaşıb.
İsveç təmsilçisi ilə qarşılaşma səfərdə baş tutub. Qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edib. Görüşün taleyini bir qol həll edib. Meydan sahibləri ikinci hissənin əvvəlində vurduqları qol sayəsində qələbə qazanıblar.
Avropa Liqası
Liqa mərhələsi, 6-cı tur
12 dekabr
“Elfsborq” - “Qarabağ” 1:0
Qol: Ahmed Qasem, 57.
Baş hakim: Antanio Nobre (Portuqaliya)
“Boras Arena”. Saat 00:00.
Elfsborq: 31. İsak Pettersson, 2. Terri Yeqbe, 8. Sebastyan Holmen (k), 9. Arber Zeneli, 10. Mixael Baydo, 15. Simon Hedlund, 16. Timoti Uma, 18. Ahmed Qasem, 23. Niklas Hult, 27. Besfort Zeneli, 29. Buhari İbrahim.
Ehtiyat oyunçular: 1. Melker Uppenberq, 30. Markus Sorensen, 4. Qistav Henriksson, 5. Frode Aronsson, 7. Yens Tomasen, 12. Emil Holten, 13. Yohan Larsson, 14. Calal Abdullai, 19. Rami Kaib, 20. Qottfrid Rapp, 26. Lüdviq Rixtner, 28. Leo Östman.
Baş məşqçi: Oskar Hilyemark.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 18. Olavio Juninyo, 21. Aleksey Kaşuk, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabiyan Buntiç, 11. Emmanuel Adday, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.