AZ

Moldova QORXU İÇİNDƏ: ölkədə 2 aylıq fövqəladə vəziyyət elan edildi

Moldova Rusiya qazının Ukrayna ərazisindən tranzitində potensial kəsinti nəticəsində yarana biləcək humanitar böhran qorxusuna görə dekabrın 16-dan 60 gün müddətinə fövqəladə vəziyyət elan edib.

Publika.az xəbər verir ki, Moldova parlamenti baş nazir Dorin Reçenin təklifi ilə müvafiq qərar qəbul edib.

Fəaliyyət və Həmrəylik Partiyasının deputatlarının təsdiqlədiyi sənəddə bütün ölkə ərazisində fövqəladə vəziyyət rəsmən elan edilib.

Bu müddət ərzində Fövqəladə Hallar Komissiyası bütün dövlət orqanları və təsərrüfat subyektləri üçün icrası məcburi olan əmrlər vermək səlahiyyətinə malik olacaq.

Seçilən
58
publika.az

1Mənbələr