AZ

İki dövlət gələn il yanvarın 1-dən Şengen zonasının tam üzvlüyünə nail olacaq

Rumıniya və Bolqarıstan 2025-ci il yanvarın 1-dən Şengen zonasının tamhüquqlu üzvləri olacaq. SİA xarici mediaya istinadla xəbər verir ki, Aİ və NATO üzvü olan Bolqarıstan və Rumıniya Avropanın Şengen azad hərəkət zonasına qoşulur. Aİ ölkələri nazirləri belə qərara gəliblər. Bu, Sofiya və Buxarestin Şengenə qəbul edilməsinin ən qatı əleyhdarı olan Avstriyanın vetonu ləğv etməsindən sonra mümkün olub. “Bu, Bolqarıstan, Rumıniya və bütün Avropa üçün böyük qələbədir", - deyə Aİ Şurasına sədrlik edən Macarıstandan bildirilib.

2007-ci ildə Bolqarıstan və Rumıniya Şengen qanunvericiliyini qismən tətbiq edib, hava və dəniz sərhədləri onlara açıq olub, lakin quru marşrutlarda nəzarət saxlanılırdı. Aİ-nin bəzi köhnə sakinləri miqrant axınından ehtiyat edərək bunu israr edirdilər.

Quru sərhədlərinin açılması ilə bağlı danışıqlar 2024-cü il ərzində davam edib, nəticədə Avstriya qeyri-qanuni mühacir axını risklərinin azaldığını etiraf edib.

Bundan əvvəl Avropa Komissiyası bildirib ki, yoxlamalar hər iki ölkənin Şengen zonasının bütün tələblərinə uyğun olduğu müəyyən edib. Meyarlar, digər məsələlərlə yanaşı, ərizəçi ölkənin xarici sərhədlərinə nəzarətin keyfiyyətinə, qonşularla polis əməkdaşlığına və Şengen İnformasiya Sistemindən istifadəyə aiddir.

1985-ci ildə yaradılan Şengen zonası 400 milyon insana sərhəd yoxlaması olmadan Avropa daxilində hərəkət və səyahət etmək imkanı verir.

Seçilən
11
1
sia.az

2Mənbələr