AZ

Azərbaycan 172 ölkə ilə ticarət əməliyyatları aparıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib. Bu dövrdə 120 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən isə idxal həyata keçirilib.

Fins.az, Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyata alınmış, lakin tam rəsmiləşdirilməmiş xam neft və təbii qazın statistik dəyəri nəzərə alınmaqla ölkənin xarici ticarət dövriyyəsi 38,412.7 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 21.776,3 milyon dollarını (56,7 %) ölkədən ixrac olunmuş məhsulların, 16.636,4 milyon dollarını (43,3 %) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 5.139,9 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 100 % təşkil edib, real ifadədə isə 3,9 %, o cümlədən idxal 0,4 %, ixrac 5,9 % azalıb.

2024-cü ilin yanvar-oktyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2.807,5 milyon dollar təşkil edib və 2023-cü ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 3,5 % artıb, real ifadədə isə 9,1 % azalıb.

phrase_var_article.chosen
41
2
fins.az

2phrase_var_article.sources