AZ

Hikmət Hacıyev: “Fransadan Ermənistana verilən öldürücü silahlar var”

“Fransadan Ermənistana verilən öldürücü silahlar var”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistanın silahlanmasının arxasında duran əsas qüvvələrdən biri məhz Fransadır:

“Fransa beynəlxalq hüquqa zidd hərəkət edərək Ermənistanın silahlandırılması proqramında iştirak edir. Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir. Amma onu da qeyd edim ki, onlara silahlar təkcə Fransa tərəfindən verilmir”.

H.Hacıyev əlavə edib ki, Ermənistanın verdiyi mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir:

“Mina problemi mülki insanların azad edilmiş ərazilərə qayıtmasını çətinləşdirir. Ermənistan tərəfinə edilən təzyiqlərdən sonra mina xəritələri verilsə də, dəqiqlik səviyyəsi çox aşağıdır”.

Seçilən
9
1
sportinfo.az

10Mənbələr