AZ

Tramp Avropa qoşunlarının Ukraynaya göndərilməsini təklif edir

Tramp Avropa qoşunlarının Ukraynaya göndərilməsini təklif edir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp atəşkəs rejiminə əməl etmək üçün Ukraynaya Avropa qoşunlarının göndərilməsini təklif edib. AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.Onun bu barədə dekabrın 7-də Parisdə Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə danışdığı iddia edilir. Tramp “güclü, silahlı Ukraynanın yaradılmasını” dəstəkləsə də, onun NATO-ya üzvlüyünə qarşı çıxıb.Amerikanın gələcək prezidenti həmçinin Ukraynanın təhlükəsizliyinin təmin edilməsində əsas rolu Avropanın üzərinə götürməli olduğunu deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar bu məsələdə dəstək verə bilər, lakin Amerika qoşunlarının göndərilməsi istisna ediləcək.

Seçilən
14
afn.az

1Mənbələr