Ötən gecə UEFA Avropa Liqasında 6-cı turun oyunları keçirilib.
Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" səfərdə "Elfsborq"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Türkiyə klublarından “Qalatasaray” “Malmö” ilə heç-heçə edib - 2:2, "Beşiktaş" isə "Bodo-Qlimt"ə uduzub - 1:2.
"Fənərbaxça" evdə "Atletik"ə məğlub olub - 0:2.
UEFA Avropa Liqası, Liqa mərhələsi, 6-cı tur
12 dekabr
“Roma” (İtaliya) – “Braqa” (Portuqaliya) - 3:0
“Hoffenhaym” (Almaniya) – “Styaua” (Rumıniya) - 0:0
“Olimpiakos” (Yunanıstan) – “Tvente” (Niderland) - 0:0
PAOK (Yunanıstan) – “Ferentsvaroş” (Macarıstan) - 5:0
“Viktoriya” (Çexiya) – “Mançester Yunayted” (İngiltərə) - 1:2
“Yunion” (Belçika) – “Nitsa” (Fransa) - 2:1
“Ludoqorets” (Bolqarıstan) – “Alkmaar” (Niderland) - 2:2
“Malmö” (İsveç) – “Qalatasaray” (Türkiyə) - 2:2
“Portu” (Portuqaliya) – “Midtyulland” (Danimarka) - 2:0
“Ayaks” (Niderland) – “Latsio” (İtaliya) - 1:3
“Reyncers” (Şotlandiya) – “Tottenhem” (İngiltərə) - 1:1
“Slaviya” (Çexiya) – “Anderlext” (Belçika) - 1:2
“Real Sosyedad” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna) - 3:0
"Lion" (Fransa) – “Ayntraxt” (Almaniya) - 3:2
“Makkabi” (Təl-Əviv, İsrail) – RFS (Latviya) - 2:1
“Bodo-Qlimt” (Norveç) – “Beşiktaş” (Türkiyə) - 2:1
“Elfsborq” (İsveç) – “Qarabağ” (Azərbaycan) - 1:0
"Fənərbaxça" (Türkiyə) – "Atletik" (İspaniya) - 0:2