AZ

Özəl Pensiya Fondları haqqında QHT sədrinin açıqlaması

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli İctimai TV-nin "Sabaha saxlamayaq" verilişində özəl pensiya fondlarının Azərbaycanda geniş yayıla bilməyəcəyini qeyd edib.

QHT.az xəbər verir ki, o, bu fondlara könüllü ödənişlərin az olacağını vurğulayıb. Hüseynli, qanunvericilikdə məcburi tənzimləmələrin tətbiq olunmadığı təqdirdə özəl fondların böyük yığımlar əldə etməsinin mümkün olmadığını bildirib. Mövcud iqtisadi reallıqların bu sahənin inkişafını çətinləşdirdiyini əlavə edib:

"Azərbaycanda demək olar ki, kütləvi şəkildə kasko sığortasını eliyən yoxdur. Çünki insanlar kasko sığortanın vəsaitinin böyük olduğuna görə kasko sığorta etdirmirlər. Məsələ burasındadır ki, çünki həm də o məcburi deyil. Əgər könüllüdürsə şəxsən mən özüm də könüllü olaraq öz vəsaitimi, bəlkə də dollar ya avroda saxlayacam, nəinki özəl sığorta fonduna yatıracam. Özəl fondun sığorta fondları çox ciddi və böyük həcmli yığım əldə edə bilməyəcəklər. Azərbaycan əmək bazarında olan reallıqlar, əhalinin ehtiyac meyarları, əhalinin maddi imkanları gəlirlər və xərclər bu günləri kifayət qədər ciddi vəsaitlərin, özəl sığorta fondlarına yönəltməsində maraqlı görünməyəcək".

Daha ətraflı videoda:

Pərvanə Fərhadqızı

phrase_var_article.chosen
28
qht.az

1phrase_var_article.sources