AZ

“Qalatasaray”ın futbolçusu Avropa Liqasının tarixinə düşdü

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Dris Mertens UEFA Avropa Liqasının tarixinə düşüb.

Msport.az “Opta”ya istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi buna İsveçdə “Malmö” ilə heç-heçə etdikləri (2:2) Liqa mərhələsinin VI tur matçında nail olub.

Görüşdə məhsuldar ötürmə ilə yadda qalan oyunçu turnirdə 17-ci dəfə bunu bacarıb.

Mertens Avropa Liqası tarixində ən çox assist edən futbolçu olub.

Qeyd edək ki, 37 yaşlı futbolçu 2022-ci ildən İstanbul təmsilçisinin formasını geyinir.

Seçilən
29
msport.az

1Mənbələr