AZ

Güclənmiş Türkiyə Zəngəzura yönəlir – İrəvanda həyəcan

Əminəm ki, Türkiyə Cənubi Qafqazda Azərbaycan vasitəsilə öz təsirini bundan sonra daha da gücləndirəcək ki, bu da təbii olaraq Ermənistanın təhlükəsizlik risklərini artıracaq.

Sitat.info xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Vitali Manqasaryan yerli mediaya açıqlamasında Suriyada türkyönlü qüvvələrin hakimiyyəti ələ keçirməsi ilə regionda güc balansının dəyişməsi və bunun Cənubi Qafqaza təsirləri haqda danışarkən deyib.

“Türkiyə ilə Azərbaycan arasında geosiyasi, iqtisadi və mədəni əlaqələrin güclənməsinə söykənən pantürkizm ideologiyası son illərdə özünü daha çox büruzə verir. Əminəm ki, Suriyada Əsəd rejimi devrildikdən sonra Türkiyənin iştahı artacaq və bütün enerjisini Cənubi Qafqaza, xüsusən də Zəngəzur dəhlizi məsələsinə yönəldəcək. Təsadüfi deyil ki, indiki mərhələdə Azərbaycan Qərbi Azərbaycan İcması mövzusunu irəli sürür və Ermənistandan həmin icmanın nümayəndələri ilə danışıqlara getməyi tələb edir”, - o bildirib./Axar.az

Seçilən
16
2
sitat.info

9Mənbələr