AZ

Zəhra Bədəlbəylidən ETİRAZ: "Uşaqlarımız ya rus, ya türk, ya da ingilis dilində cizgi filmlərə baxır"

Azərbaycanlı şairə, pianoçu Zəhra Bədəlbəyli vətəndaşlarımızın öz dilində danışa bilməməsindən gileylənib. 
 
Moderator.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə öz narazılığını bildirib:
 
"Məsələ kitab və ümumi kontentdən başlayır.  Azərbaycan dilinə tərcümələr bir neçə ildir ki, düzəlib. 
Bundan əvvəl bizim klassik əsərlərin tərcüməsində çox sayda səhvlər vardı. Hələ də Azərbaycan dilində yazılan dərslikliklər də əksər hallarda bərbad gündədir. 
Cizgi filmlər, uşaqlar üçün filmlər - öz dilimizdə istehsal olunmur! Və ən böyük faciə budur. 
Uşaqlarımız ya rus, ya türk, ya da ingilis dilində cizgi filmlərə baxır.  Bu həm dil baxımından, həm də kimlik baxımından böyük məsafələr yaradır. Uşaqlarımız  azərbaycan dəyərlərində böyümür. Bizim dəyərlərimiz qalıbmı?  O da qalmayıb".
Seçilən
27
moderator.az

1Mənbələr