Demokrat.az xəbər verir ki, bunu Baku TV-nin "Baku aktual" verilişində Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini danışarkən deyib.
O, Heydər Əliyevlə ilk görüşünü belə xatırlayıb:
"Bir gün qabaq müəllimlərə elan etdilər ki, sabah Heydər Əliyev gələcək. Universitetin 4-cü mərtəbəsində 4-cü otaqda biz riyaziyyatçılar yazı işlərini yoxlayırdıq. Qapı açıldı, Heydər Əliyev içəri daxil oldu. Əvvəlcə o hesab etdi ki, biz imtahan veririk. Çünki hamımız cavan adamlar idik. Yaxınlaşanda bildi ki, müəllimik. Daha da yaxın gəldi, söhbət etməyə başladı. İmtahanların gedişindən, abituriyentlərin münasibətindən xeyli danışdı. Artıq söhbətin qurtarmaq ərəfəsində Heydər Əliyev "Kimin sualı var, bəlkə, bir sözünüz var mənə?", - deyə soruşdu.
Bir nəfər cavan professor var idi bizdə. Adı Valeri Salayev idi. Dedi ki, mənim sualım var. Hamı pərt oldu. V.Salayev "Yoldaş Əliyev, sizin adınızdan universitetə belə bir qərar gəlib ki, aspiranturaya qəbul olmaq üçün hər bir şəxs iki il əmək stajına malik olmalıdr. Biz hesab edirik ki, bu, təbiət elmlərinə xeyir gətirməz" dedi. Heydər Əliyev diqqətlə dinlədi. Üzünü yanındakılara çevirib "Mənim qərarımı səhv çatdırmısınız. Bu qərar humanitar sahələrə aiddir" dedi".
Ətraflı süjetdə:
4Mənbələr
-
demokrat.azMisir Mərdanovun Heydər Əliyevlə bağlı xatirəsi: "Dedi ki, qərarımı xalqa səhv çatdırmısınız" (VİDEO) ( 13923409)
-
musavat.comMisir Mərdanovun Heydər Əliyevlə bağlı xatirəsi: "Dedi ki, qərarımı xalqa səhv çatdırmısınız" - VİDEO ( 13919803)
-
pravda.azMisir Mərdanovun Heydər Əliyevlə bağlı xatirəsi: "Dedi ki, qərarımı xalqa səhv çatdırmısınız" - VİDEO ( 13919572)
-
oxu.azMisir Mərdanovun Heydər Əliyevlə bağlı xatirəsi: "Dedi ki, qərarımı xalqa səhv çatdırmısınız" ( 13919272)