AZ

“AzerGold”un rəhbərliyinin bir illik gəliri 596 min dollardır...

“AzerGold” rəhbərliyinin ötən il üzrə qazancı məlum olub...

Valyuta.az xəbər verir ki, 2023-cü ildə dövlət şirkəti sədr və sədr müavinlərinə ümumilikdə 2,2 milyon dollar ödəniş edib.

Bu ödənişlərin 258 min dolları əmək haqları, 413 min dolları sosial sığorta ödəmələri, 1 milyon 530 min dolları isə qısamüddətli mükafatlar təşkil edib. Sosial sığorta ödəmələri çıxıldığı halda “AzerGold” rəhbərliyinin birbaşa əldə etdiyi vəsait 1 milyon 788 min dollar təşkil edib.

“AzerGold”un sədri Zakir İbrahimov, müavinləri - Xəyyam Fərzəliyev və İlqar Cəlilovdur. Yəni, rəhbər heyət 3 nəfərdən ibarətdir. Bu isə o deməkdir ki, orta hesabla Zakir İbrahimov və müavinlərinin bir illik gəliri 596 min dollar, aylıq gəliri isə 49,6 min dollardır.

2022-ci ildə bu rəqəmlər müvafiq olaraq 905 min dollar və 75,4 min dollar təşkil edib.

Qeyd edək ki, Zakir İbrahimov İqtisadiyyat naziri Mikayıl Cabbarovun qohumudur.

Poliqon.info

phrase_var_article.chosen
18
17
poliqon.info

10phrase_var_article.sources