AZ

Sebastiyan İoan Burduja: “Vətəndaşlarımız enerji xərclərinin az olmasını istəyirlər”

Rumıniya vətəndaşları evlərində enerji xərclərinin mümkün qədər az olmasını istəyirlər.

“Report” xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində Rumıniyanın energetika naziri Sebastiyan İoan Burduja bildirib.

Onun sözlərinə görə, insanların onlardan çox aydın, sadə gözləntiləri var: “Onlar hər gün bunu bildirirlər, zəng edirlər, elektron poçtla yazırlar, televiziyaya çıxaraq qeyd edirlər ki, evlərində enerji xərclərinin mümkün qədər az olmasını istəyirlər. Özəl sektorumuz aşağı enerji qiymətləri istəyir. Bu, bir çox sənaye müəssisələrimizin rəqabət qabiliyyətinin əsasını təşkil edir. Eyni zamanda, müzakirə obyekti olmayan bir məsələ də var – insanlar istənilən vaxt evdə işıqlarının yanmasını istəyirlər. Bu, enerji təhlükəsizliyidir”.

Nazir əlavə edib ki, Azərbaycan və Rumıniya enerji keçidi baxımından oxşar mərhələdədir: “Həm Rumıniyada, həm də Azərbaycanda enerji istehsalı müəyyən dərəcədə qalıq yanacağa əsaslanır. Lakin hər iki ölkə “yaşıl keçid”ə sərmayə qoyur. Məsələn, Rumıniya 10 000 meqavat günəş və külək enerjisi istehsalı üçün müqavilələr imzalayıb və yaxud təşəbbüslər göstərib. Azərbaycanın isə oxşar dərəcədə iddialı planları var. Əslində, “yaşıl dəhliz” vasitəsilə həm Azərbaycan, həm də Rumıniya daha çox “yaşıl enerji”dən faydalana biləcək. Nəticə etibarilə, bu tərəfdaşlıqdan xalqımıza müəyyən faydalar təqdim edəcəyik”.

Onun fikrincə, iki ölkənin tərəfdaşlığının əsas üstünlükləri enerji təhlükəsizliyi, enerji rəqabəti və uzunmüddətli perspektivdə daha çox “yaşıl enerji” olacaq.

Seçilən
8
report.az

1Mənbələr