AZ

Ermənistan-Hindistan-İran arasında üçtərəfli məsləhətləşmə aparılıb

Ermənistan, Hindistan və İran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi mövzusunu müzakirə ediblər.

Modern.az xəbər verir ki, məlumat Ermənistan KİV-nə Xarici İşlər Nazirliyindən bildirilib. Belə ki, dekabrın 12-də Nyu-Dehlidə Ermənistan-Hindistan-İran üçtərəfli formatında 2-ci məsləhətləşmələr keçirilib.

Hindistan tərəfdən məsləhətləşmələrə J. P. Sinq, Ermənistandan XİN-in Asiya və Sakit Okean ölkələri departamentinin rəhbəri Anahit Karapetyan və İran XİN-in Cənubi Asiya şöbəsinin rəhbəri Haşim Aşcazadə başçılıq ediblər.

Tərəflər üçtərəfli məsləhətləşmələrin növbəti mərhələsinin İranda keçirilməsi razılaşdırılıb.

"Cebheinfo.az"

phrase_var_article.chosen
21
1
cebheinfo.az

2phrase_var_article.sources