AZ

Şərikli biznesin qurulmasında və ləğvində razılaşmaların əhəmiyyəti - QHT sədrindən AÇIQLAMA

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, şərikli biznesin qurulması və ləğvi məsələlərində düzgün müqavilə və razılaşmaların vacibliyini vurğulayıb. QHT.az-a verdiyi özəl açıqlamada İctimai birliyin sədri şərikli biznesin yalnız qurulması deyil, həm də ləğvi və ortaqların ayrılması yollarının əvvəlcədən müəyyənləşdirilməsinin vacib olduğunu bildirib.

“Birinci növbədə, şərikli biznesin formalaşdırılmasında, yalnız qurulma prosesi deyil, həm də onun ləğv yolları və ortaqların ayrılması metodları da mütləq şəkildə nizamnamələrdə öz əksini tapmalıdır. Bu, müəssisədaxili ortaqlıq və qarşılıqlı qərarlarla bağlı kodekslərdə və təsisçi müqavilələrində yer almalıdır,” - deyə o qeyd edib.

Ruslan Atakişiyev biznesin bölünməsi və şəriklər arasında anlaşmazlıqların yaranmasının qarşısını almaq üçün mütəxəssislərin, xüsusilə qiymətləndiricilər, maliyyə və korporativ idarəetmə üzrə ekspertlərin cəlb olunmasının vacibliyini vurğulayıb. O, belə hallarda məhkəmələrə müraciət etməzdən əvvəl mütəxəssislərlə qarşılıqlı söhbətlərin aparılmasının daha faydalı olduğunu bildirib.

 

Pərvanə Fərhadqızı

Seçilən
12
qht.az

1Mənbələr