AZ

615 nəfərin Azərbaycana girişi məhdudlaşdırıldı

Ötən ay ərzində İnzibati Xətalar və Miqrasiya məcəllələrinin müvafiq maddələrinin tələblərini pozduqlarına görə 615 nəfərin ölkə ərazisinə girişi məhdudlaşdırılıb.

Bu barədə Publika.az-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 222, Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı 615 qərar qəbul edilib.

Seçilən
0
32
publika.az

10Mənbələr