AZ

Trampın İranla bağlı planları - Tehranı nələr gözləyir...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İranın nüvə proqramına qarşı mübarizənin bir neçə variantını, o cümlədən İslam Respublikasına qarşı “önləyici hava hücumları”nı nəzərdən keçirir.

Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Respublikaçıların komandası Tehrana maksimum təzyiqin yeni strategiyası üzərində işləyir. Bu, iqtisadi sanksiyaların sərtləşdirilməsi ilə müşayiət olunan hərbi tədbirlərə əsaslana bilər. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, bu plan hələ inkişafın ilk mərhələsindədir.

Qəzetin yazdığına görə, Tramp bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahuya “İranın nüvə sıçrayışı”ndan narahat olduğunu bildirib və həmçinin belə bir inkişafın qarşısını almaq üçün yollar axtardığını açıq şəkildə deyib.

“The Wall Street Journal” yazır ki, Trampın komandası İranla bağlı gələcək addımlar üçün iki variantı araşdırır. Birinci plan Yaxın Şərqə ABŞ əsgərləri, döyüş təyyarələri və gəmiləri göndərməklə hərbi təzyiqin artırılmasını nəzərdə tutur. Bundan əlavə, Vaşinqton İsrailə bunkerləri məhv edən bombalar da daxil olmaqla, müasir silahlar sata bilər.

Sanksiyalarla yanaşı, bu, Tehranı ABŞ-ın təklif etdiyi diplomatik həll yolu ilə razılaşmağa inandıra bilər.

Qeyd edək ki, daha əvvəl “Time” jurnalına müsahibəsində Tramp ABŞ və İran arasında genişmiqyaslı silahlı münaqişənin başlanmasını istisna etmədiyini bildirib.

Seçilən
11
modern.az

1Mənbələr