AZ

Dünya Rifah İndeksi açıqlandı

Yazını böyüt
Yazını kiçilt

HelloSafe analitika və maliyyə platforması 2024 Dünya Rifah İndeksini ictimaiyyətlə paylaşıb.

Hafta.az-ın yazdığına görə, dünyanın ən zəngin ölkələri arasında türk ölkələrindən Qazaxıstan 47,36 balla 49-cu, Türkiyə 42,40 balla 57-ci, Azərbaycan 39,25 balla 71-ci, Özbəkistan 35,33 balla 89-cu, Türkmənistan 31,03 balla 103-cü, Qırğızıstan 39,2-ci pillədə qərarlaşıb.

Rusiyanın hücumlarına məruz qalan Ukrayna müharibə şərtlərinə baxmayaraq, 41 xalla siyahıda 61-ci yerdə qərarlaşıb.

Bununla belə, Lüksemburq 86,20 balla siyahıda birinci yerdədir. Norveç 85,09 balla ikinci, İrlandiya isə 84,72 balla üçüncü yerdədir. Digər tərəfdən, ABŞ 64,03 xalla reytinqdə on səkkizinci yerdə qərarlaşıb.

Siyahının sonunda Afrika ölkələri və Əfqanıstan qərarlaşıb.

Seçilən
23
1
hafta.az

2Mənbələr