AZ

"Qarabağ"a qol vuran 21 yaşlı Ahmed danışdı

style='margin-bottom:10px;'>

UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda "Qarabağ"a qalib gələn (1:0) "Elfborq"un yeganə qolunu 21 yaşlı Ahmed Qasem vurub.

QOL.az xəbər verir ki, İraq əsilli futbolçu oyundan sonra İsveç mətbuatına açıqlama verib.

Boyu bəstə olmasına baxmayaraq, futbolçu künc zərbəsindən ötürülən topu başı ilə qapıdan keçirməsi ilə bağlı bildirib: "Bu, çox vacib oyun idi. Hiss edirdim ki, bu gecə nəsə edəcəm. Bir az tez tərpəndim və yəqin ki, rəqib müdafiəçisi düşündü ki, bu oğlan nə edir? Sonra "Besse" (ötürməni edən Besfort Zeneli - red.) mükəmməl ötürmə etdi. Sadədə topu başla içəri salmaq lazım idi ki, bunu da mən etdim".

Seçilən
22
1
teleqraf.com

3Mənbələr