AZ

ChatGPT Pro Sora Turbo ilə mətni videoya çevirmək funksiyasını təqdim edir

ABŞ-ın süni intellekt şirkəti OpenAI, mətndən video yaratmaq üçün süni intellekt vasitəsi Soranı təqdim edib. Sora Turbo vasitəsilə istifadəçilər 1080p keyfiyyətdə, 20 saniyəyədək videolar yarada bilərlər.

Daha geniş xüsusiyyətlər və yüksək keyfiyyət üçün ChatGPT Pro planı təklif olunur. Lakin, Sora Turbo 18 yaşdan kiçiklər üçün əlçatan deyil və yalnız bəzi ölkələrdə istifadə edilə bilər.

Sora-nın potensial sui-istifadəsi ilə bağlı narahatlıqlar mövcuddur. Şirkət zorakılıq, nifrət və etik olmayan məzmunların istifadəsinin qadağan olduğunu vurğulayıb.

Çindən rəqib: Çin şirkəti Kling AI ilə bu sahədə diqqət çəkir. Kling AI, mətni yüksək keyfiyyətli videolara çevirmə qabiliyyəti ilə qlobal maraq qazanıb.

phrase_var_article.chosen
9
fins.az

1phrase_var_article.sources