Çin prezidenti Si Cinpin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın 2025-ci il yanvarın 20-nə təyin edilən andiçmə mərasimi üçün Vaşinqtona gəlməyəcək.
Bu barədə Amerikanın CBS News telekanalı məlumat yayıb. “Çinin ABŞ-dakı səfiri və onun həyat yoldaşının tədbirdə iştirakı gözlənilir, bu, standart təcrübədir”, – kanalın açıqlamasında deyilir.
Mənbələr səfirə Si Cinpinin özünün yox, Pekindən olan digər rəsmilərin də qatıla biləcəyini istisna etməyib. Qeyd olunur ki, qeyri-rəsmi kanallar vasitəsilə ötürülən dəvət ABŞ-Çin münasibətlərində “ciddi protokol və mürəkkəb dinamikaya öyrəşdiyi” və respublikaçıların niyyətləri ilə bağlı çaşqın qaldığı üçün Pekini “təəccübləndirib”.
//Samir Qurbanov, Editor.az