AZ

Mərkəzi Bank 2 sığorta agentinin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı (AMB) 2 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.

Doğru.az AMB-yə istinadla xəbər verir ki, bu qərar noyabrın 27-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.

Lisenziyalar, onların qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı nəzərə alınaraq ləğv olunub.

DOĞRU.AZ

phrase_var_article.chosen
31
10
dogru.az

10phrase_var_article.sources