Sahibkar Ceff Bezosa məxsus onlayn pərakəndə satış şirkəti "Amazon" ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə fonduna 1 milyon dollar ianə etməyi planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) yazıb.
Nəşrin məlumatına görə, bundan əvvəl analoji məbləğ gələcək dövlət başçısının fonduna "Meta" korporasiyası tərəfindən göndərilib. Ona iş adamı Mark Zukerberq rəhbərlik edir.
Materialda vurğulanır ki, Bezos və texnologiya şirkətlərinin digər rəhbərləri ianələrdən Amerikanın yeni administrasiyası ilə münasibətləri yaxşılaşdırmaq üçün istifadə edirlər. Eyni zamanda, "Amazon" bir neçə gün əvvəl vəsait ayırmaq barədə qərar qəbul edib və artıq bu barədə seçilmiş ABŞ prezidentinin nümayəndələrini məlumatlandırıb.
Üstəlik, gələn həftə onlayn satıcının sahibi şəxsən Trampın Floridadakı iqamətgahını ziyarət etmək niyyətindədir. Jurnalistlər onu da öyrəniblər ki, gələn il yanvarın 20-də "Amazon Prime Video" axın platforması siyasətçinin andiçmə mərasiminin yayımına başlayacaq. Nəşrin müəlliflərinin qeyd etdiyi kimi, bu jest gələcək dövlət başçısının fonduna 1 milyon dollar məbləğində növbəti ianə kimi qəbul edilə bilər.
Dekabrın 12-də Meta Korporasiyası Trampın andiçmə fonduna 1 milyon dollar köçürüb. Media yazıb ki, bu, Zukerberqin seçilmiş Amerika lideri ilə vaxtilə gərgin olan münasibətlərini gücləndirmək üçün atdığı son addımdır.
Samir