AZ

“AzInTelecom” daha bir sığortaçı seçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC 719 əməkdaşının könüllü tibbi sığortalanması (hər bir şəxs üçün 15 min manatlıq) ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Sitat.info dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Meqa Sığorta" ASC-dir.

Qalib şirkətə 258,8 min manat ödəniləcək.

Xatırladaq ki, bir qədər əvvəl “AzInTelecom” inzibati binasını və data mərkəzini də sığortalayıb.

Seçilən
6
4
sitat.info

5Mənbələr