"Bu qanun layihəsi gözlənilən idi. Diplomatların bir çox problemi əks olunub".
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında Milli Məclisin deputatı Polad Bülbüloğlu “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşunun müzakirəsi zamanı deyib.
"Mən 18 il Rusiya kimi böyük ölkədə səfir kimi çalışmışam. Layihədə mühüm məqamlar yer alıb. Çox gözəl imkanlar yaradır. Diplomatları daha səmərəli işləməyə vadar edir. Cənab Prezidentə təşəkkür edirəm. Son bir ildə diplomatların maaşı xeyli artıb".