AZ

Azərbaycan millisinin baş məşqçisi püşkü öz gözləriylə görəcək

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün İsveçrənin Sürix şəhərində təşkil olunacaq DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Tədbirə milli assosiasiyanın icraçı vitse-prezidentinin müşaviri Orxan Əhmədov və yığmanın direktoru İlqar Qurbanov da qatılacaqlar.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Seçilən
27
sportinfo.az

1Mənbələr