AZ

Ermənistanda hərbi obyektlər tikən fars və hindistanlı fəhlələr pulsuz qalıblar

Ermənistanın tanınmış araşdırmaçı jurnalistlərindən olan Oskan Sarkisyan diqqət çəkən məlumat yayıb. O, özünün Facebook səhifəsində yazıb ki, hərbi obyektlər tikən işçiləri aldadıblar. Fəhlə və ustalara gördükləri iş müqabilində maaş verməyiblər. 

Jurnalist qeyd edib ki, Tavuş vilayətinin sərhəd zolağında onlarla fəhlə hərbi obyektin tikintisində çalışsa da, onlar aylarla pul almayıblar. Etiraza qalxan ustalar Oskanyanla əlaqə saxlamalı olublar. 

"Fəhlələr bildiriblər ki, hərbi obyektin tikintisində çalışan usta və işçilərə  beton işlərinə görə gündəlik 12 min dram vəd edilib, lakin işçilərlə əmək müqaviləsi bağlanmayıb. Sifarişçi əlaltıları vasitəsilə işçi götürüb və onlardan biri Sisian əsilli, İrəvan sakini, 1984-cü il təvəllüdlü Vaaqn Vardani Alaverdyan onlarla fəhləyə maaş verməyib. O, bir ay əvvəl yoxa çıxıb. Bu səbəbdən aldadılan fəhlələr 5 gün əvvəl Noyemberyan polis şöbəsi ilə əlaqə saxlayıblar", - jurnalist yazıb. 

O da vurğulanıb ki, Vaaqn Alaverdyanın hərbi obyektdə işləyən Koti kənd sakininə 1,5 milyon dram, müəssisənin işçiləri üçün yemək hazırlayan aşpaza 500 min dram, Cucevan kəndindəki ərzaq mağazasına isə 6 min dram borcu olub. O, mağazadn işçilərə borca ərzaq götürürümüş:  "Maraqlıdır ki, bu hərbi obyektlərdə fars və hindistanlı işçilər də çalışırdılar. Müdafiə Nazirliyi bu kompleks haqqında nə düşünür?”.

Tural

phrase_var_article.chosen
31
news365.az

1phrase_var_article.sources