AZ

“İrana qarşı hücum variantı masadadır” – ABŞ mətbuatı

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın formalaşdırdığı kabinetin iqtisadi təzyiqlərin Tehranın nüvə proqramına nəzarət etmək üçün yetərli olmaya biləcəyini qiymətləndirdiyi və hərbi hücum variantını gündəmə gətirdiyi bildirilib.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “Wall Street Journal” nəşri özəl mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunub ki, Tramp və komandası İrana qarşı “maksimum təzyiq” strategiyasını həyata keçirməyi planlaşdırır.

Xəbərdə Trampın ilk prezidentliyi dövründə İrana qarşı hərbi güc tətbiq etməkdən çəkindiyi və bölgədə baş verən dramatik dəyişikliklər, xüsusilə də İsrailin son aylarda İranın vəkilliyi olan Hizbullaha ciddi ziyan vurması və devrildiyi qeyd edilir.

Qəzet mənbələri ABŞ-nin əvvəlcə İrana qarşı bölgəyə daha çox qüvvə, gəmi və döyüş təyyarəsi göndərə biləcəyini, həmçinin bunker deşən bombalar satmaqla İsrailin hücum imkanlarını gücləndirə biləcəyini bildirib. Bildirilir ki, bu addımlar uğursuz olarsa, ABŞ daha döyüşkən mövqe nümayiş etdirə və birbaşa hərbi güc tətbiq etməklə İranı hədələyə bilər.

İsrail mətbuatında da Tel-Əvivin İranın nüvə obyektlərinə mümkün hücuma hazırlıq gördüyünə dair iddialar var.

"AzPolitika.info"

Seçilən
5
1
azpolitika.info

2Mənbələr