AZ

Suriyada kimyəvi silah axtarışları başlanıb

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin devrilməsi ölkədə gizlədilimiş kimyəvi silahların tapılması üçün axtarışlar aparılmasına rəvac verib.

Musavat.com xəbər verir ki, bu barədə The Washington Post (WP) məlumat yayıb.

Corc Meyson Universitetinin biomüdafiə tədqiqatları üzrə direktoru və yayılmaması üzrə ekspert Qreqori Koblenz deyib: “Kimyəvi silah kabusu hələ də Suriyanın üzərindədir”.

O hesab edir ki, irimiqyaslı kimyəvi silah hücumu riski yoxdur, lakin "kimyəvi silahların mənfəətpərəstlər, qiyamçı qruplar və ya terrorçular tərəfindən talan edilməsi riski artır".

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, Pentaqon Suriyada kimyəvi silah ehtiyatlarının mövcud olması ilə bağlı narahatlığını ifadə edir və onların əsgərlərinə və mülki şəxslərə qarşı istifadəsinin qarşısını almaq üçün səylərini çatdırır.

Musavat.com

 

Seçilən
23
musavat.com

1Mənbələr